"İnter Mayami" MLS liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi13-cü tur çərçivəsində "Sinsinnati"ni səfərdə 5:3 hesabı ilə məğlub edib.
Son çempionun heyətində Lionel Messi dublla yadda qalıb. 38 yaşlı argentinalı 24-cü və 55-ci dəqiqələrdə fərqlənib. Bu qollar onun karyerasında ümumilikdə 908-ci və 909-cu qolları olub.
O, cari MLS mövsümündə 12-ci oyununu keçirib və bu müddətdə 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Messi karyerası ərzində “Barselona”da 672, “PSJ-də 32, “İnter Mayami”də 89, Argentina millisində isə 116 qol vurub.
“İnter Mayami” Şərq Konfransının turnir cədvəlində 13 oyundan sonra 25 xalla ikinci, “Sinsinnati” isə 16 xalla səkkizinci yerdədir.