EN

Polşalı “Sabah”da qalacaq: “Buradan getməyi planlaşdırmıram”

Polşalı müdafiəçi Timoteuş Puxaç karyerasını “Sabah”da davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı futbolçu mətbuata müsahibəsində Bakı klubunda qalacağını açıqlayıb. O, “Sabah”ın onu birdəfəlik transfer edəcəyini və tərəflər arasında şəxsi müqavilə ilə bağlı razılığın əldə olunduğunu bildirib:

“Sabah” məni transfer edəcək. Artıq şəxsi müqavilə ilə bağlı da razılıq əldə etmişik. Bu, baş tutacaq. Buradan getməyi planlaşdırmıram”.

 “Sabah”ın Puxaçla 3 illik müqavilə imzalayacağı bildirilir.

Chosen
21
idmanxeber.az

1Sources