Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xəbərin mətni
İqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil. O, su çatışmazlığı, qida təhlükəsizliyi, səhiyyə, miqrasiya, iqtisadi sabitlik və hətta regional təhlükəsizlik məsələsinə çevrilir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2024-cü il qlobal miqyasda indiyədək qeydə alınan ən isti il kimi təsdiqlənib, qlobal temperaturlar sənayeləşmədən əvvəlki səviyyədən təxminən 1,55 °C yüksək olub, son onillik isə müasir tarixin ən isti dövrü olub. Son 50 ildə hava ilə bağlı fəlakətlərin sayı təxminən beş dəfə artıb və bu, qlobal miqyasda 4,3 trilyon ABŞ dollarından çox iqtisadi itkilərə səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.