AZ

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: Son 50 ildə hava ilə bağlı fəlakətlərin sayı təxminən beş dəfə artıb VİDEO

Bakı, 14 may, AZƏRTAC

İqlim dəyişikliyi artıq yalnız ekoloji məsələ deyil. O, su çatışmazlığı, qida təhlükəsizliyi, səhiyyə, miqrasiya, iqtisadi sabitlik və hətta regional təhlükəsizlik məsələsinə çevrilir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2024-cü il qlobal miqyasda indiyədək qeydə alınan ən isti il kimi təsdiqlənib, qlobal temperaturlar sənayeləşmədən əvvəlki səviyyədən təxminən 1,55 °C yüksək olub, son onillik isə müasir tarixin ən isti dövrü olub. Son 50 ildə hava ilə bağlı fəlakətlərin sayı təxminən beş dəfə artıb və bu, qlobal miqyasda 4,3 trilyon ABŞ dollarından çox iqtisadi itkilərə səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

"Bu gün təxminən 3,6 milyard insan iqlim dəyişməsinin təsirlərinə qarşı yüksək həssaslıq olan ərazilərdə yaşayır. Beynəlxalq qiymətləndirmələrə görə, dünya əhalisinin təxminən yarısı ilin ən azı bir hissəsində ciddi su çatışmazlığı ilə üzləşir. Dünyada hələ də təxminən 2 milyard insan təhlükəsiz idarə olunan içməli su xidmətlərinə çıxış imkanından məhrumdur.

Yalnız hava çirkliliyi hər il dünyada təxminən 7 milyon vaxtından əvvəl ölümə səbəb olur ki, bu da iqlim, ətraf mühit və ictimai sağlamlığın nə qədər sıx bağlı olduğunu açıq şəkildə göstərir", - deyə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi qeyd edib.

Seçilən
11
4
azertag.az

5Mənbələr