EN

Natiq Rəsulzadə: “Dedilər ki, rahat nəfəs ala bilərsən, Ulu Öndər kitabla tanış olub”

“Sovet dövründə “Gecə süvarisi” əsərim böyük rezonansa səbəb olub. Kitab bir tərəfdən çox tənqid olundu, digər tərəfdən həmin kitab məni məşhur etdi”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Natiq Rəsulzadə RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində deyib.

 

N.Rəsulzadə bildirib ki, bu əsərə görə təzyiqlər olub və Ulu Öndər Heydər Əliyevin rəyi onu xilas edib: “O kitab çıxandan sonra hər yerdə məni tənqid, bəzi vaxtlar təhqir etdilər ki, bu, bizim yazıçı deyil. O vaxt çox pis dissident yazıçı damğası var idi ki, onu yazıçıya qoyan zaman həmin adam dərhal gözdən düşürdü, nə işləməyə imkan verilirdi, nə də qonorarlar... Buna bir addım qalmışdı ki, məni vurub dissident elan etsinlər.  O zaman Yazıçılar İttifaqının katibi İmran Qasımov idi. Ona vəziyyəti danışdım, gileyləndim, şikayət etdim, mənə dedi ki, çox kəskin yazırsan, belə olmaz. Bir müddət keçdi, mənə İmran Qasımovun katibəsi zəng etdi ki, gəlin. İmran müəllim dedi ki, indi rahat nəfəs ala bilərsən. Səbəbini soruşduqda cavab verdi ki, Ulu Öndər Heydər Əliyev həmin kitabla tanış olub və deyib: “Burada bir şey yoxdur, hamısını düz yazıb. Bizim cəmiyyətdə bu nöqsanlar var. Amma biz bunlarla mübarizə aparırıq və qalib gəlirik”. Ulu Öndərin belə xasiyyəti var idi ki, o həqiqətə göz yummazdı. Deyərdi düzdür, problem var, amma kötüyü ilə çıxarıb rədd edəcəyik, cəmiyyəti tənqid etmək lazımdır. Baxmayaraq 43 ilə yaxındır, o kitab çıxıb, hələ də məşhurdur”.

 

Şəhanə Quliyeva

Tarix: 14 May 2026, 11:54   
Chosen
26
pravda.az

1Sources