EN

AQTA donuz əti iddiasına cavab verdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Halal” sertifikatının verilməsi ilə bağlı məlumat  yayımlanıb.

Burada həmin sertifikatın beynəlxalq standartlara uyğunluğu barədə məlumat və müəssisələrdə kəsimlə bağlı həyata keçirilən videoçarxlar nümayiş olunur.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov iddia edir ki, həmin videçarxla bağlı ona 3 telefon zəngi gəlib və AQTA-nın Standart İnstitutunun “Halal” sertifikatı vermək üçün öz saytlarında bir videoçarx paylaşdıqlarını qeyd ediblər: 

“Bildirilib ki, həmin videoçarxda “Halal” sertifikatı və İslam Əməkdaşlıq Təşkilatından söhbət getsə də burada nümayiş olunan cəmdək donuz cəmdəyidir”.

“Azad İstehlakçılar”İctimai Birliyinin sədri tərəfindən irəli sürülən bu iddia nə dərəcədə doğrudur?   

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki,  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub: 

Səriştəli, dini təhsili olan və hazırda dini müəssisələrdə fəaliyyət göstərən bu mütəxəssislər yoxlama aparılan obyektlərdə islami qaydaların, halal standartı tələblərinin və şəriət qaydalarının tətbiqini qiymətləndirir.

AQTİ-nin həyata keçirdiyi “Halal” sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı sertifikatlaşma xidməti olaraq fəaliyyət göstərməkdədir”.

https://tr.linkedin.com/posts/azerbaijan-food-safety-institute_qidat%C9%99hl%C3%BCk%C9%99sizliyi-halaluy%C4%9Funluqsertifikat%C4%B1-activity-7459943847830167552-Nd_S?fbclid=IwY2xjawRxaJdleHRuA2FlbQIxMABicmlkETE1cmdHVVRuVVZWT204NkpKc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHobDPj9m9RS5RzXKy_-87TeTdN2LvZFCUApi9e7b9F-8Vvb5zBpToOYzWEmw_aem_mNu_gDBFNwuYaNKynjUVOw

Chosen
17
cebheinfo.az

1Sources