EN

Avropa liderləri Trampın taktikasını öz münasibətlərində tətbiq edir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın İrana qarşı siyasətinin nəticələri ilə üzləşən Avropa İttifaqı liderləri, ABŞ Prezidenti Donald Trampla münasibətlərində onun taktikasından istifadə etməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzetinin analitik məqaləsində qeyd edilir.

"Avropa Trampın taktikasını tətbiq edir: heç bir üzr istəmir. ABŞ-ın İrana qarşı müharibəsinin nəticələri ilə üzləşən Avropa liderləri prezidentə açıq şəkildə tənqidlərini bildiriblər və o qəzəbləndikdə belə, fikirlərindən dönməyiblər", - deyə qəzet yazır.

Məqalədə xatırladılır ki, Avropa siyasətçiləri Trampın İrana qarşı konflikt zamanı ABŞ-a dəstək verməmələrinə görə qəzəblə reaksiya verməsinə baxmayaraq, onu tənqid etməkdən çəkinməyiblər. Məsələn, Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazındakı vəziyyətlə bağlı ABŞ prezidentinin təzyiqlərindən "bezmiş" olduğunu bildirib. Almaniyanın Kansleri Fridrix Merz ABŞ-ın ordusunun bir hissəsini Almaniyadan çıxarması barədə Trampın bəyanatlarına "sakit" cavab verib. İtaliyanın Baş naziri Giorgiya Meloni isə Trampın Papa XIV Leon barədə fikirlərini tənqid edib. "NYT" qeyd edir ki, sadalanan Avropa liderlərindən heç biri ABŞ prezidentindən üzr istəməyib və mövqeyindən dönməyib.

Qəzet vurğulayır ki, Avropa liderlərinin bu davranışı Trampın sevimli siyasət üsullarından birini xatırladır: "heç vaxt geri çəkilməmək". ABŞ prezidenti də hər zaman fikirlərinə və hərəkətlərinə görə üzr istəmir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
61
icma.az

1Sources