EN

"Sabah" bombardirini heyətdə saxlaya biləcəkmi? - SON DURUM

Mövsümü "qızıl dubl"la başa vuran "Sabah"ın bombardiri Coy Lens Mikelsin Azərbaycan komandasında qalıb-qalmayacağı sual altındadır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi ilə müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq Ruanda millisinin hücumçusu ilə aparılan danışıqlar hələ müsbət sonluqla yekunlaşmayıb.

Almaniyanın 2-ci Bundesliqasından və Səudiyyə Ərəbistanından maddi planda cəlbedici təkliflər alan Mikels "Sabah"dan yüksək əməkhaqqı istəyir. Eləcə də o, yeni anlaşmada müxtəlif bonusların nəzərdə tutulmasını istəyir. Sözügedən oyunçunun taleyinə mayın sonunadək aydınlıq gələcək.

Cari mövsüm "bayquşlar"ın heyətində bütün turnirlərdə 35 matça çıxan Mikels 28 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Chosen
9
1
fanat.az

2Sources