EN

“Bakı Xankəndi” veloyürüşündə həm mərhələni, həm ümumi təsnifatı qazandı in İCMALI

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda beynəlxalq “Bakı-Xankəndi” veloyürüşü başa çatıb.

İdman.Biz xəbər verir ki, ümumi təsnifatın qalibi İspaniyanın “Burgos Burpellet BH” komandasından Coş Bernett olub. O, beş mərhələnin yekununda 19 saat 06 dəqiqə 43 saniyə nəticə göstərib.

İkinci yeri Qazaxıstanın "XDS Astana Team" komandasından Henok Mulubran tutub. O, qalibdən üç saniyə geri qalıb. İlk üçlüyü İtaliyanın “Solution Tech NIPPO Rali” komandasından Aleksandr Balmer tamamlayıb. Onun geriliyi yeddi saniyə olub.

Xallar təsnifatında 75 xal toplayan Henok Mulubran birinci olub. İkinci yeri 67 xalla Kristian David Pita tutub, üçüncü isə aktivində 66 xal olan Erik Antonio Fagundes olub.

Dağ təsnifatında Belçikanın “Tarteletto - Isorex2" komandasından Lennert Teugels qalib gəlib. O, 20 xal toplayıb. Onun ardınca 17 xalla Coş Bernett və 15 xalla David Delqado qərarlaşıblar.

Gənclər təsnifatında İspaniyanın “Equipo Kern Pharma” komandasından İker Qomes ən yaxşı olub. İlk üçlüyə həmçinin Françişek Matuşevski və Məhəmməd Syelxan daxil olublar.

Komanda təsnifatını “XDS Astana Team” qazanıb. İkinci yeri İtaliyanın “Bardiani CSF 7 Saber” komandası, üçüncü yeri isə Çinin “Li Ning Star” komandası tutub.

Xatırladaq ki, Tərtər-Xankəndi marşrutu üzrə keçirilən beşinci mərhələni də Coş Bernett qazanıb. Mərhələdə ikinci Henok Mulubran, üçüncü isə Erik Antonio Fagundes olub.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
icma.az

1Sources