İtaliya Kubokunun dünən baş tutan final oyununda "Latsio"nu 2:0 hesabı ilə məğlub edərək "qızıl dubl"a imza atan "İnter"in baş məşqçisi Kristian Kivu fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Milan klubunun rəsmi saytı belə çatdırıb:
"Bu mövsüm "İnter" iki mükafat qazandı. Biz bunu haqq edirdik. Bu illər ərzində keçdiyimiz yol, çəkdiyimiz əziyyət fonunda çox xoşbəxtik. Əlbəttə, bizi dəstəksiz qoymayan azarkeşlərə görə də sevincliyik. Nail olduqlarımızdan həzz almağa hazırlaşırıq. Həm çempionatın, həm də İtaliya Kubokunun qalibi adını qazanmaq sıradan hal deyil. İki mükafat əldə etmək həmişə çətindir".
Nihat