EN

Ermənistanda rus qoşunları HAZIR vəziyyətdə, HÜCUM planı var – Paşinyandan TƏCİLİ reaksiya

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistan seçkilərinə müdaxilədə ittiham edilir. Ermənistan QHT-ləri olan "Məlumatlı Vətəndaşlar Birliyi" və "Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi" Rusiya hərbi bazasına qarşı ittihamlar irəli sürüblər.

Onlar iddia edirlər ki, Gümrüdəki 102-ci baza ölkənin seçki proseslərinə təsir göstərmək üçün istifadə olunur. QHT-lər deyirlər ki, bazada işləyən Ermənistan vətəndaşları komandanlıq tərəfindən mənəvi və psixoloji təzyiqə məruz qalırlar.

Xüsusilə, bunu baza komandirinin dini işlər üzrə köməkçisi, Ermənistan dövlətçiliyinə qarşı təbliğat aparan Rus Pravoslav Kilsəsinin keşişi Ata Timofey Kazaryan edir. Ata Timofey bazada yerləşən Müqəddəs Aleksandra Pravoslav Kilsəsində xidmət edir.

"Baqramyan 26" yazır ki, Kazaryanın əsas günahı onun pravoslavlığı qəbul etməsi və Rus Pravoslav İlahiyyat Seminariyasını bitirməsi, Ermənistan Apostol Kilsəsinin keşişləri ilə sıx əlaqələr saxlamasıdır. Məlumata görə, o, Rusiya Müdafiə Nazirliyindən medal alıb.

Ermənistan mətbuatında dərc olunan bu qəbildən yazılar Rusiyada geniş əks-səda yaradıb. "Moskovskiy Komsomolets" qəzetinin məlumatına görə, bu ittiham Paşinyanı dəstəkləyən media tərəfindən də gündəmə gətirildiyinə görə bazaya hücum siqnalının ən yuxarıdan gəldiyi şübhəsizdir.

Bu arada seçki prosesinə xarici müdaxilə cəhdləri və Rusiyanın bəzi siyasi dairələri tərəfindən Moskvada seçkilərin nəticələrinin tanımayacağı ilə bağlı iddialarına münasibət bildirən Baş nazir Paşinyan vurğulayıb: "Həm daxili siyasi prosesin iştirakçıları, həm də Ermənistandankənar qüvvələr bu seçkilərdə geosiyasi kontekst görürlər. Amma sadə məntiqlə bu seçkilərin geosiyasi konteksti yoxdur, ola da bilməz. Ermənistan balanslaşdırılmış siyasət yürüdür. Bizim siyasətimizdə heç bir qəsd və ya əks-fəaliyyət mövcud deyil”.

Rusiya Xarici İşlər Nazirliyinin İnsan Hüquqları üzrə Çoxtərəfli Əməkdaşlıq Departamentinin direktoru Qriqori Lukyantsev RİA Novosti agentliyinə bildirib ki, ölkə vətəndaşları xaricə səyahət edərkən üçüncü ölkələrdə həbs olunmaq və ABŞ-a ekstradisiya olunmaq riskini unutmamalıdırlar.

Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumatlara görə, ABŞ-ın tələbi ilə Rusiya vətəndaşlarının həbs olunma riski yüksək olan ölkələrə Avropa və Latın Amerikasının əksər ölkələri, eləcə də Avstraliya, Kanada, Ermənistan, İsrail, Maldiv adaları, Cənubi Koreya, Sinqapur, Tayland, Fici, Şri-Lanka, Liberiya və Mərakeş daxildir. Maraqlıdır ki, Rusiya siyahıya region dövlətlərindən yalnız Ermənistanı daxil edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Arzuxan Əlizadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Chosen
28
6
musavat.com

7Sources