EN

20 yaşlı rus karyerasının Avropa nəhəngində davam etdirə bilər

Moskva MOİK-inin və Rusiya millisinin yarımmüdafiəçisi Matvey Kislyak karyerasını Avropa nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Nikolo Skira yayıb.

Məlumata görə, 20 yaşlı futbolçu ilə PSJ və İngiltərənin adı açqılanmayan iki Premyer Liqa təmsilçisi maraqlanır.

Cari mövsüm MOİK-in heyətində bütün turnirlərdə 41 matça çıxan Kislyak 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun "hərbçilər"lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Matveyin transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat 

Chosen
27
fanat.az

1Sources