EN

AFFA “Qəbələ”ni 14 min 500 manat cərimələdi

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qəbələ” klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2 000 manat ziyana salıb.

Mayın 10-da baş tutan “Neftçi” – “Şamaxı” oyununda 4 futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
16
qafqazinfo.az

10Sources