Antonio Kontein yeni mövsümdə də Napolinin baş məşqçisi kimi fəaliyyətini davam etdirməsi gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, Neapol klubunun prezidenti Aurelio De Laurentis mayın sonunda italiyalı mütəxəssislə görüş keçirəcək. Tərəflər arasında əməkdaşlığın davam etdirilməsi əsas müzakirə mövzusu olacaq.
Kontenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Komanda hazırda A Seriyasında 2-ci pillədə qərarlaşıb.