EN

İstixanalarda və meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq Zirə, Hövsan, Binə və Maştağa qəsəbələrində yerləşən pomidor və müxtəlif meyvələr yetişdirilən istixanalarda, eləcə də meyvə bağlarında monitorinqlər həyata keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsidən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər çərçivəsində bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı, həmçinin fitosanitar vəziyyət yerində qiymətləndirilib, mövcud risklər təhlil olunub.

Eyni zamanda, məhsuldarlığın artırılması, keyfiyyətli məhsul istehsalının təmin edilməsi, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının vaxtında alınması məqsədilə görülməli fitosanitar tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrdən düzgün və təhlükəsiz istifadə qaydaları da diqqətə çatdırılıb.

Chosen
8
2
azertag.az

8Sources