EN

İker Kasilyas: "Onu "Real"da görmək istəmirəm"

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun "Real Madrid"ə qayıtması ehtimalı artdıqca, klubun əfsanəvi qapıçısı İker Kasilyasdan sərt açıqlama gəlib.

Fanat.Az xəbər verir ki, Kasilyas Mourinyonun peşəkarlığına şübhə etməsə də, onun yenidən baş məşqçi gətirilməsinə qarşı olduğunu bildirib.

Əfsanəvi qolkiper "Həyatımın klubunu çalışdırmaq üçün başqa texnik direktorların daha uyğun olacağını düşünürəm" deyərək keçmiş məşqçisinin dönüşünə etirazını ifadə edib.

Qeyd edək ki, Mourinyonun Madriddəki ilk dövründə Kasilyasla münasibətləri kifayət qədər gərgin keçmiş və bu, klub daxilində ciddi müzakirələrə səbəb olmuşdu.

Chosen
4
1
fanat.az

2Sources