EN

Onları niyə DÇ-2026-yə aparmamasından danışdı

style='margin-bottom:10px;'>

Xəbər verdiyimiz kimi, Fransa millisinin məşqçilər heyəti 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlayıb.

QOL.az xəbər verir ki, Madrid “Real”ının yarımmüdafiəçisi Eduardu Kamavinqa və PSJ-nin qapıçısı Luka Şevalye yığmanın sifariş ərizəsinə daxil edilməyib.

Fransa millisinin baş məşqçisi Didye Deşam Şevalyenin niyə heyətə salınmadığını izah edib. Onun əvəzinə mundiala “Lans”ın qapıçısı Robin Risser aparılacaq.

Üçüncü qapıçı özünəməxsus roldur. Uzun müddətdir bizimlə olan Şevalye məyus ola bilər. O, bir neçə aydır oynamır. Risser isə əla mövsüm keçirir. Gənc futbolçudur və komandaya enerji gətirir. Mart ayında göstərdiyi performans sayəsində komandaya daha çox inam verir”, – deyə Deşam bildirib.

Təcrübəli mütəxəssis Kamavinqanın heyətdən kənarda qalmasına da münasibət bildirib:

Onun mövsümü çətin keçdi, çoxsaylı zədələr səbəbindən az oynadı. Eduardu hələ gəncdir. Heyətin strukturunu müəyyənləşdirməli və seçim etməliyəm. Amma bu axşam onun məyusluğunu təsəvvür edə bilirəm”.

Chosen
42
1
teleqraf.com

2Sources