ABŞ 2025-ci ilin iyun ayında hücuma məruz qalan İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı çıxarmaq üçün əməliyyat keçirmək istəyib.
Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, bunun üçün ABŞ hərbçiləri bir həftə yarım İran ərazisində qalmalı idilər: "Biz bunu erkəndən düşündük, amma bu, bir az vaxt, bir həftə yarım vaxt aparacaqdı. Düşmən ərazisində olmaq üçün bu, uzun müddətdir".
Prezidentin sözlərinə görə, zənginləşdirilmiş uranı çıxarmaq əməliyyatı qranitin deşilməsini tələb edirdi: "Qranit çox möhkəmdir. Biz 2025-ci ilin iyun ayında hücumlarda çox güclü bombalardan istifadə etdik".
Musavat.com