EN

Alvaresə fantastik təklif

PSJ klubu "Atletiko Madrid"in argentinalı ulduzu Xulian Alvaresi heyətinə qatmaq üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, fransız nəhəngi 26 yaşlı hücumçu üçün "Atletiko"ya 150 milyon avro nağd pulla yanaşı, Qonşalo Ramos və Kan-İn Lini də mübadilə üçün təklif edib. Baş məşqçi Luis Enrike hücum xəttini məhz Alvaresin ətrafında qurmaq niyyətindədir və bu transferi yay pəncərəsinin əsas hədəfi seçib. Madrid təmsilçisi hələ ki, bu nəhəng təklifə rəsmi cavab verməsə də, PSJ-nin bu gedişi "Barselona" və "Arsenal" kimi digər rəqibləri transfer yarışından kənarlaşdırmaq məqsədi daşıyır.

Argentinalı qolçunun "Atletiko" ilə 2030-cu ilə qədər müqaviləsi olsa da, ulduz futbolçunun yayda yeni çağırışlara hazır olduğu bildirilir.

Chosen
27
metbuat.az

1Sources