Mayın 15-dən etibarən Bakıda Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına daxil olan sürücülər cərimələnəcək.
Səlahiyyətli qurumların məlumatına görə, xüsusi zolaqlara avtobus zolağı statusu verilib və onlar paytaxtın bir sıra əsas küçə və prospektlərində fəaliyyət göstərəcək.
Daxili İşlÉ™r Nazirliyi bildirib ki, “yaşıl zolaqlar” adlandırılan bu hissÉ™lÉ™rÉ™ icazÉ™siz nÉ™qliyyat vasitÉ™lÉ™rinin daxil olması yol hÉ™rÉ™kÉ™ti qaydalarının pozulması hesab olunacaq vÉ™ nÉ™zarÉ™t güclÉ™ndirilÉ™cÉ™k.
WUF13 forumu mayın 17-22-də Bakıda keçiriləcək. Tədbirdə 20 mindən çox iştirakçının qatılması gözlənilir.
N.Təbrizli