EN

I Liqa: Bu gün çempion da bəlli ola bilər, pley-offçu da

Azərbaycan I Liqasında 26-cı tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, turun əsas oyunları bu gün keçiriləcək.

Turun ikinci oyun günündə baş tutacaq 4 görüşün hamısı eyni vaxtda start götürəcək. 

Bu gün həm çempion, həm də Premyer Liqa uğrunda pley-off görüşünün iştirakçısı müəyyənləşə bilər. "Şəfa" "Cəbrayıl"ı yenməklə bütün suallara aydınlıq gətirə, çempionatın qızıl medalları və elitaya vəsiqəni təmin edə bilər. "Səbail" isə "Şahdağ Qusar"la qarşılaşmada pley-off şansı üçün mübarizəyə köklənib. Mümkün qələbə "dənizçilər"i digər iddialılar - "Mingəçevir" və "Baku Sportinq" üçün əlçatmaz edəcək.

Xatırladaq ki, ötən gün baş tutan açılış oyununda "Difai" "Şimal" 1:0 yenərək sonuncu pillədən qurtulub.

Azərbaycan I Liqası
26-cı tur
15 may

17.00. “Mingəçevir” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Rəşad Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).

17.00. “Səbail” – “Şahdağ Qusar”
Hakimlər: Əliyar Ağayev, Sənan Atayev, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bayıl Arena”.

17.00. “Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Zöhrab Abbasov, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Buzovna qəsəbə stadionu.

17.00. “Şəfa” – “Cəbrayıl”
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu.

Chosen
7
1
fanat.az

2Sources