EN

Psixoterapevtdən valideynlərə TÖVSİYƏ Körpə ağlayanda bu hərəkətləri qətiyyən ETMƏYİN!

ain.az, Bizim media saytına istinadən bildirir.

Uşağın ağlaması və isterik davranışları valideynlər üçün ciddi sınağa çevrilə bilər. Lakin belə məqamlarda böyüklər özlərini günahlandırmamalı, baş verənləri uşağın emosiyalarının təbii ifadəsi kimi qəbul etməlidirlər.Bizim.Media xəbər verir ki, bu barədə psixoterapevt, tibb elmləri namizədi İrina Kraşkina “İzvestiya” qəzetinə açıqlamasında danışıb.Mütəxəssis bildirib ki, valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşağın göz yaşlarını onun ciddi əziyyət çəkməsinin və ya valideyn uğursuzluğunun göstəricisi kimi qəbul etməsidir.Halbuki kiçik yaşlı uşaqlar üçün ağlama yorğunluq, qorxu və ya digər güclü emosiyaları ifadə etməyin təbii yoludur.“4-5 yaşa qədər emosional partlayışlar və göz yaşları psixi inkişafın normal hissəsidir. Bu dövrdə uşaq öz hisslərini tam şəkildə idarə edə bilmir. Buna görə də böyüklərin vəzifəsi emosiyaları boğmaq deyil, uşağa həmin mərhələni təhlükəsiz şəkildə keçməyə kömək etməkdir”, – deyə həkim vurğulayıb.

 

Onun sözlərinə görə, emosional gərginliyin pik həddində uşaq izah və ya razı salma cəhdlərini demək olar ki, qəbul etmir. Buna görə də valideynlər uşağa təhlükəsizlik hissi verməli, onun yanında olmalı və emosiyaların səngiməsini gözləməlidirlər.

Psixoterapevt xəbərdarlıq edib ki, uşağın hisslərini kiçiltmək və ya dəyərsizləşdirmək onun daxili gərginliyini daha da artırır, eyni zamanda öz emosiyalarına qarşı güvənsizlik formalaşdırır.Mütəxəssis qeyd edib ki, belə hallarda valideynlərin emosional vəziyyəti də böyük əhəmiyyət daşıyır. Aqressiya və əsəb partlayışları adətən yığılan yorğunluq, stress və emosional tükənmədən qaynaqlanır.Belə vəziyyətlərdə böyüklərə bir qədər fasilə vermək, dincəlmək və emosional resurslarını bərpa etmək tövsiyə olunur.Ekspert əlavə edib ki, valideynlər ideal olmağa çalışmamalıdırlar. Çünki uşağın davranışına yalnız valideynlərin hərəkətləri deyil, onun yaşı, xarakteri və xarici amillər də təsir göstərir.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
bizim.media

3Sources