EN

Buğda yüklü qatar Biləcəridən Ermənistana yola düşdü – VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib.

Bizim.Media xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.


Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.


Bizim.Media

Chosen
20
49
bizim.media

10Sources