AZ

Rusiya Azərbaycan ərazisindən Ermənistana buğda g[öndərdi



Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti dəfə Rusiya buğdası göndərilib. 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

ZÜMRÜD

Seçilən
0
49
baki-xeber.com

10Mənbələr