EN

Ukrayna PUA-larının Ryazana hücumu nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Ryazan vilayətinə hücumu nəticəsində 3 nəfər həlak olub, daha 12 nəfər yaralanıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

"Vedomosti"nin xəbərinə görə, bu barədə Ryazan vilayətinin qubernatoru Pavel Malkov məlumat verib.

Onun sözlərinə görə, zərərçəkənlərin hamısına оператив şəkildə tibbi yardım göstərilib. Hücum nəticəsində iki çoxmənzilli yaşayış binasına ziyan dəyib.

PUA qalıqlarının sənaye müəssisələrindən birinin ərazisinə düşdüyü də qeyd olunub. Hazırda hadisə yerində dağıntıların aradan qaldırılması və zədələnmiş konstruksiyaların sökülməsi işləri davam etdirilir.

Yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini təşkil edib. Müvəqqəti yerləşdirmə məntəqələri yaradılıb, hadisə yerində operativ xidmət əməkdaşları fəaliyyət göstərir.
 
 
 

Chosen
2
7
7news.az

9Sources