EN

Bakıda məktəbdə zorakılıq: Şagird uşaqları vəhşicəsinə döydü

Bakıda məktəbdə şagirdin digər məktəbliləri döyməsi ilə bağlı görüntülər yayılıb.

Publika.az xəbər verir ki, hadisə 271 saylı məktəbdə baş verib.

Yayılan kadrlarda Natiq adlı şagird məktəblilərə fiziki təzyiq göstərir. Məlumata görə, o, gün ərzində də digər şagirdləri ayrı-ayrılıqda fiziki zorakılığa məruz qoyur. Həmin görüntüləri də lentə alaraq sosial şəbəkə hesabında paylaşır.

Görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub və valideynlər arasında narahatlıq yaradıb.

Chosen
36
1
publika.az

2Sources