EN

Sadiq Qurbanov: WUF13 ün Bakıda keçirilməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir

Azertag saytına istinadən ain.az xəbər verir.

Xəbərin mətni

Bu gün dünya qlobal çağırışlarla üz-üzədir. Ən ciddi problemlərdən biri də şəhərsalma məsələsidir. Dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır, sənaye müəssisələrinin əksəriyyəti də məhz şəhərlərdə cəmləşib. Şəhərsalma həm də gələcəyə baxış deməkdir. Gələcəyin şəhərləri yalnız bu günün tələbatını deyil, gələcək nəsillərin təhlükəsiz və ekoloji cəhətdən sağlam mühitdə yaşamasını da təmin etməlidir. Məhz buna görə “dayanıqlı inkişaf” anlayışı ön plana çıxır və davamlı inkişaf edən şəhər modellərinin qurulması vacib sayılır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
icma.az

1Sources