“Mançester Yunayted”də mövsümün ən yaxşı futbolçusu Bruno Fernandes seçilib.
İdmanxeber.az-ın məlumatına görə, klubun azarkeşləri arasında keçirilən səsvermədə qalib olan portuqaliyalı yarımmüdafiəçi karyerasında 5-ci dəfə bu mükafata layiq görülüb və bununla da Kriştiano Ronaldo ilə David de Xeanın rekordunu geridə qoyub.
Bruno Fernandeş bu mövsüm 35 oyunda 8 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.