Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesabında Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib.
Bizim.Media xəbər verir ki, paylaşımda bildirilib:
“Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.

Bizim.Media