EN

Fernandeşin etdiyini Ronaldu da edə bilməyib Tarixi rekord

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mançester Yunayted"in azarkeşlərinin mövsümün ən yaxşı futbolçusu seçdiyi yarımmüdafiəçi Brunu Fernandeş növbəti dəfə ənənəvi Mett Basbi mükafatına layiq görülüb.

Fanat.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı sözügedən mükafatı beşinci dəfə qazanmaqla klub rekorduna imza atıb.

Bunadək Kriştianu Ronaldu və David de Xea də hərəyə 4 dəfə anoloji uğura sevinmişdilər. Brunu komanda yoldaşları tərəfindən də cari "futbol ili"nin ən yaxşı oyunçusu elan edilib.

31 yaşlı futbolçu bu mövsüm MY-nin heyətində bütün turnirlərdə 35 matça çıxaraq 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
fanat.az

2Sources