EN

16 yaşlı qız dələduzların qurbanı oldu

Rusiyanın Nijni Novqorod şəhərində 16 yaşlı məktəbli dələduzların qurbanı olub.

Publika.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, naməlum şəxslər əvvəlcə qıza domofonun dəyişdirilməsi ilə bağlı zəng ediblər.

Daha sonra isə özlərini “Rosfinmonitorinq” əməkdaşları kimi təqdim edən şəxslər valideynlərinin hesablarından xarici ölkəyə pul köçürüldüyünü deyərək onu cinayət məsuliyyəti ilə hədələyiblər.

Yeniyetmə qorxduğu üçün evdə olan 11 milyon rublu kuryerlərə verib.

Chosen
44
publika.az

1Sources