EN

Nazir müavini: Azərbaycana qarşı qərəzli yanaşma Avropa Şurasının bütövlüyünə ciddi xələl gətirir - FOTO

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 14-15 may 2026-cı il tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş 135-ci sessiyasında iştirak və çıxış edib.

XİN-dÉ™n Moderator.az-a verilÉ™n xÉ™bÉ™rÉ™ görÉ™, sessiyada çıxışı zamanı nazir müavini ötÉ™n ilin avqust ayında VaÅŸinqtonda AzÉ™rbaycan vÉ™ ErmÉ™nistan liderlÉ™ri tÉ™rÉ™findÉ™n birgÉ™ bÉ™yanatın imzalandığını vÉ™ iki ölkÉ™ arasında Sülh vÉ™ DövlÉ™tlÉ™rarası münasibÉ™tlÉ™rin qurulması haqqında SaziÅŸin paraflandığını diqqÉ™tÉ™ çatdırıb.

Ötən doqquz ay ərzində ölkələrimizin sülh şəraitində yaşadığını, yeni reallığın praktik faydalarının artıq özünü biruzə verdiyini və sülhün möhkəmləndirilməsi üzrə tədbirlərin davam etdiyini vurğulayıb.

Azərbaycanın birtərəfli qaydada tranzit və ticarət məhdudiyyətlərini ləğv etdiyini, öz ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına şərait yaradıldığını, mal və məhsulların ixrac olunduğunu, habelə etimad mühitinin gücləndirilməsi və ortaq maraqlar ətrafında açıq müzakirələrin aparılması üçün vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfər və görüşlərinin baş tutduğunu qeyd edib.

Nazir müavini çıxışında Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli yanaşmasının Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirdiyini və bu vəziyyətin qeyd-şərtsiz aradan qaldırılması məsuliyyətinin təşkilatın üzərinə düşdüyünü vurğulayıb.

Nazir müavini AŞ Nazirlər Komitəsinin sədri qismində fəaliyyətinə görə Moldovaya təşəkkür edib, yeni sədr Monakoya uğurlar arzulayıb.

Elnur MÉ™mmÉ™dov hÉ™mçinin sessiya çərçivÉ™sindÉ™ təşkil olunmuÅŸ “Avropada miqrasiya” mövzusunda dÉ™yirmi masada iÅŸtirak vÉ™ çıxış edib.

Nazir müavini: Azərbaycana qarşı qərəzli yanaşma Avropa Şurasının bütövlüyünə ciddi xələl gətirirNazir müavini: Azərbaycana qarşı qərəzli yanaşma Avropa Şurasının bütövlüyünə ciddi xələl gətirirNazir müavini: Azərbaycana qarşı qərəzli yanaşma Avropa Şurasının bütövlüyünə ciddi xələl gətirir

Chosen
48
8
moderator.az

9Sources