EN

AI artıqqorumur,həm də HÜCUM EDİR: Texnologiya nəhəngləri kibermüharibəyəHAZIRLAŞIR?

Ajans.az xəbər verir ki, lakin yeni araşdırma göstərir ki, bu fikir artıq dəyişə bilər. "Claude" dəstəyi ilə yeni hücum üsulu tapıldı Kaliforniyada yerləşən "Palo Alto Networks" şirkətinin təhlükəsizlik mütəxəssisləri, Anthropic tərəfindən hazırlanmış "Claude Mythos Preview" modelindən istifadə edərək "macOS" sistemində ciddi səlahiyyət yüksəltmə boşluğu aşkarlayıblar. Bu üsul normal halda giriş mümkün olmayan sistem hissələrinə daxil olmağa imkan verir. Başqa sözlə, hücumçu düzgün yolu tapsa, "Mac" cihazı üzərində daha geniş nəzarət əldə edə bilər. Tədqiqatçılar süni intellektdən məlum xəta növlərini araşdırmaq və mümkün boşluqları daha sürətli tapmaq üçün istifadə ediblər. "Claude" qısa müddətdə təhlükəsizlik boşluqlarını müəyyən edə bilib. Ancaq tam hücum mexanizmini qurmaq üçün insan mütəxəssislərinin rolu yenə də vacib olub. Əsas məsələ yalnız boşluğun tapılması deyil Burada diqqət çəkən əsas məqam odur ki, süni intellekt artıq sadəcə kod yazan vasitə deyil. Sistem indi əvvəllər aşkar edilməyən hücum yollarını da üzə çıxara biləcək səviyyəyə yaxınlaşır. Bu isə pis niyyətli şəxslərin də eyni texnologiyadan istifadə etməsi riskini artırır. Yəni problem təkcə "macOS" ilə bağlı deyil. Kibertəhlükəsizlik sahəsi artıq həm süni intellekt dəstəkli müdafiə, həm də süni intellekt dəstəkli hücumlarla mübarizə aparmalı olacaq. "Apple" məsələni ciddi qiymətləndirir "Apple" tədqiqatçılarla Cupertino şəhərində yerləşən "Apple Park" kampusunda görüş keçirib. Komanda bunu “M5 prosessorlu sistemlərdə ictimaiyyətə açıqlanan ilk "macOS" kernel yaddaş pozulması istismarı” kimi qiymətləndirir. Şirkət bildirib ki, təhlükəsizlik onların əsas prioritetlərindən biridir və aşkar olunan boşluqlar ciddi şəkildə araşdırılır. Texniki detallar isə yalnız lazımi təhlükəsizlik yeniləmələri yayımlandıqdan sonra açıqlanacaq. Texnologiya şirkətləri artıq AI əsaslı təhlükəsizlik yarışındadır "Anthropic Mythos Preview" modelini "Project Glasswing" proqramı çərçivəsində istifadə edir. Bu layihədə "Apple", "Google", "Microsoft", "Amazon Web Services", "Cisco", "CrowdStrike", "NVIDIA" və "Linux Foundation" kimi böyük şirkətlər iştirak edir. Layihənin əsas məqsədi süni intellekt vasitəsilə kibertəhlükəsizlik boşluqlarını hücum baş vermədən əvvəl aşkar etməkdir.

Mozilla da açıqlayıb ki, bu sistem vasitəsilə "Firefox" brauzerinin son versiyasında yüzlərlə təhlükəsizlik boşluğu aradan qaldırılıb.

Chosen
42
Ajans.az

1Sources