EN

Süni intellekt macOS-da təhlükəli boşluq aşkarladı

Kaliforniyada yerləşən “Palo Alto” təhlükəsizlik şirkətinin mütəxəssisləri "Anthropic" tərəfindən hazırlanmış “Claude Mythos Preview” modelindən istifadə edərək macOS sistemində səlahiyyət boşluğu aşkarlayıb. Bu üsul vasitəsilə normalda əlçatmaz olan sistem bölmələrinə giriş əldə etmək mümkün olub.

Metbuat.az xəbər verir ki, araşdırma zamanı süni intellekt məlum xəta siniflərini analiz edərək potensial boşluqları qısa müddətdə müəyyənləşdirib. Bununla belə, tam hücum zəncirinin qurulması üçün insan mütəxəssislərinin iştirakı yenə də əsas rol oynayıb. Mütəxəssislər bildirirlər ki, əsas məsələ təkcə aşkarlanan boşluq deyil. Süni intellekt artıq sadəcə kod yazan alət olmaqdan çıxaraq əvvəllər müəyyən edilməmiş hücum yollarını da ortaya çıxara bilən səviyyəyə yaxınlaşır. Bu isə kibercinayətkarların da eyni texnologiyalardan istifadə edə bilməsi riskini artırır.Şirkət məsələni ciddi qiymətləndirərək tədqiqatçıları Apple Park kampusuna dəvət edib. Komanda bunu “M5 prosessorlu sistemlərdə ictimaiyyətə açıq ilk macOS kernel yaddaş pozuntusu istismarı” kimi xarakterizə edib.Apple bildirib ki, təhlükəsizlik prioritet olaraq qalır və aşkar edilən boşluqlar diqqətlə araşdırılır. Texniki detalların isə təhlükəsizlik yeniləmələri yayımlandıqdan sonra açıqlanacağı qeyd olunub.Qeyd edək ki, “Project Glasswing” təşəbbüsündə "Google", "Microsoft", "Amazon Web Services", "Cisco", "CrowdStrike", "NVIDIA" və "Linux Foundation" kimi iri texnologiya şirkətləri də yer alır.

Mütəxəssislərin fikrincə, gələcəkdə ən güclü sistem ən az boşluğa sahib olan deyil, boşluqları süni intellektdən əvvəl aşkarlaya bilən platforma olacaq.

Chosen
80
metbuat.az

1Sources