EN

Müəmmalı “neft yağışı” – küçələri qara maddə bürüdü

Rusiyanın Ryazan şəhərində neft emalı zavoduna edilən hücumdan sonra sakinlər havadan yapışqan qara maddənin yağdığını bildirirlər.

Musavat.com xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, küçələrdə, avtomobillərin və binaların üzərində yanacaq qoxusu verən qara ləkələr əmələ gəlib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə həmin maddənin damcılar şəklində müxtəlif ərazilərə düşdüyü görünür.

Məlumata görə, oxşar hallar daha əvvəl Tuapse şəhərindəki neft obyektlərinə hücumdan sonra da müşahidə olunmuşdu.

Musavat.com

Chosen
23
2
musavat.com

10Sources