EN

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Aktyor Elcan Rəsulovun səhhətində problem yaranıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə məlumat yayıb.

"Bu nə virus, nə xəstəlikdirsə, mənim üçün də yenilikdir. Ənənəvi müalicə üsullarımız effekt vermir. Üzrlü sayın, danışa bilmirəm deyə, heç kimə cavab vermirəm. "Sənə nə olub?" suallarına cavabım budur ki, xəstələnmişəm. Sabah "Kəlmə-kəlməyə" yarışının finalıdır. Ən çox ona görə narahatam", - deyə Elcan bildirib. (publika.az)


Bizim.Media

Chosen
11
11
bizim.media

10Sources