EN

Bu ölkədə Ebola aşkarlandı

Uqanda Səhiyyə Nazirliyi ölkədə ölümcül Ebola qızdırmasının yayıldığını elan edib.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ mÉ™lumatı “Daily Monitor” qÉ™zeti yayıb.

Nazirliyin bÉ™yanatında söhbÉ™tin virusun “Bundibucio” (Bundibugyo) yarım tipindÉ™n getdiyi bildirilir. RÉ™smi qurumların mÉ™lumatına görÉ™, virus Uqandaya qonÅŸu Konqo Demokratik Respublikasından (KDR) keçib.

Qeyd edək ki, bundan əvvəl KDR-in Monqvalu və Rvampara rayonlarında da Ebola infeksiyasının alovlandığı qeydə alınmışdı.

Məlumat üçün bildirək ki, Ebola kəskin, son dərəcə yoluxucu və ölümcül virus xəstəliyidir. Ştamından asılı olaraq yoluxanların 30%-dən 90%-nə qədərinin ölümünə səbəb olan bu infeksiya ağır intoksikasiya, daxili və xarici qanaxmalarla müşayiət olunur. İlkin mərhələdə yüksək qızdırma, əzələ qıcolmaları, baş və boğaz ağrıları ilə özünü büruzə verən virus insanlara ilk olaraq vəhşi heyvanlardan keçir, daha sonra isə insanlar arasında sürətlə yayılır.

Chosen
31
4
moderator.az

10Sources