EN

Yaponiyada vaskulit əleyhinə "Tavneos" dərmanı 20 nəfərin ölümünə səbəb olub

Yaponiyada vaskulitin müalicəsi üçün nəzərdə tutulmuş "Tavneos" preparatını qəbul etdikdən sonra 20 nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə preparatı daxili bazara buraxan yerli "Kissei Pharmaceutical" əczaçılıq şirkəti məlumat yayıb.

Şirkətdən qeyd edilib ki, dərman qəbulu ilə ölüm halları arasındakı birbaşa səbəb-nəticə əlaqəsi heç də bütün epizodlarda öz təsdiqini tapmayıb. Qeydə alınmış ağır qaraciyər zədələnmələri halları fonunda "Kissei Pharmaceutical" tibb müəssisələrinə müraciət edərək bu preparatın yeni pasiyentlərə təyin edilməməsini qəti şəkildə tövsiyə edib. Bundan əlavə, şirkət yaranmış vəziyyətlə əlaqədar Yaponiya Səhiyyə Nazirliyi ilə fəal məsləhətləşmələr aparır.

2Kissei Pharmaceutical" şirkətinin məlumatına görə, preparatın 2022-ci ildə bazara çıxarılmasından bu yana Yaponiya ərazisində təxminən 8,5 min pasiyent onu həkim təyinatı ilə alıb. Artıq müalicə kursu keçənlərə qaraciyərin zədələnməsi ilə bağlı mövcud riskləri ətraflı izah etmək və alternativ terapevtik sxemlərə keçid imkanını nəzərdən keçirmək tövsiyə olunub.

"Tavneos" preparatı "Amgen"in strukturuna daxil olan ABŞ-nin "ChemoCentryx" şirkəti tərəfindən yaradılıb. Aprelin 27-də ABŞ-nin Qida və Dərman İdarəsi preparatın Amerika bazarındakı qeydiyyat vəsiqəsini geri çağırmaq planlarını elan edib. Buna əsas kimi qeydiyyat sənədlərində aşkar edilmiş qeyri-səhih məlumatlar, eləcə də preparatın terapevtik effektivliyinə dair yaranmış şübhələr göstərilib.

Chosen
87
1
far.az

2Sources