EN

"Mercedes-Benz" müdafiə məhsulları bazarına girmək imkanını nəzərdən keçirir

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" müdafiə məhsulları bazarına daxil olmaq ehtimalını istisna etmir.

"Report" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ola Kallenius "The Wall Street Journal" nəşrinə müsahibəsində bildirib.

"Dünya getdikcə daha gözlənilməz olur. Mənim üçün aydındır ki, Avropa öz müdafiə imkanlarını gücləndirməlidir. Əgər biz buna öz töhfəmizi verə bilsək, bunu etməyə hazırıq", - deyə o qeyd edib.

Kallenius vurğulayıb ki, müdafiə sahəsi ilə bağlı istehsal minik və yük avtomobillərinin buraxılışı ilə müqayisədə biznesin "cüzi hissəsi"ni təşkil edəcək.

Daha əvvəl "Der Spiegel" nəşri xəbər vermişdi ki, Fransa-Almaniya müdafiə konserni "KNDS" Berlinin cənubunda, Lüdviqsfeldedə yerləşən Ştutqart avtokonserninin zavodunun alınması ilə bağlı "Mercedes-Benz" ilə danışıqlar aparır.

Chosen
89
far.az

1Sources