EN

“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı

Misli Premyer Liqasında 32-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək. 

“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edəcək. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var. Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası bu gün də “İmişli”yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək. 

“Turan Tovuz” isə səfərdə “Şamaxı”nın qonağı olacaq. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0. 

16 may (şənbə)

17:00. “Şamaxı” - “Turan Tovuz”

Baş hakim: Rəvan Həmzəzadə

Şamaxı şəhər stadionu

17:00. “Qarabağ” - “İmişli” 

Baş hakim: Emin Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu

17 may (bazar)

18:00. “Zirə” - “Sumqayıt”

18:00. “Sabah” - “Neftçi” 

15 may (cümə)

“Karvan-Yevlax” - “Qəbələ” - 1:2

“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Leandro Andrade ("Qarabağ") - 9 qol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
16
qol.az

10Sources