Misli Premyer Liqasında 32-ci tur davam edir.
QOL.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.
“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Ağdam klubu 66 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var. Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası “İmişli”yə qalib gələrək sona 1 tur qalmış ikinci yeri, həmçinin avtomatik Avropa Liqasına vəsiqəni təmin edib.
“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlir. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0.
16 may (şənbə)
17:00. “Şamaxı” - “Turan Tovuz” - 3:2 (İkinci hissə)
Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2)
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu
17:00. “Qarabağ” - “İmişli”- 3:0
Qol: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
17 may (bazar)
18:00. “Zirə” - “Sumqayıt”
18:00. “Sabah” - “Neftçi”
15 may (cümə)
“Karvan-Yevlax” - “Qəbələ” - 1:2
“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 19 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Emin Mahmudov ("Neftçi") - 10 qol
Joarlem Santos ("Turan Tovuz") - 10 qol
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Leandro Andrade ("Qarabağ") - 9 qol