RU

"Şamaxı" hesabda öndə, "Qarabağ"dan qələbə - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 32-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürüb.

“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Ağdam klubu 66 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında “Qarabağ”ın üstünlüyü var. Ağdam klubu əvvəlcə rəqibini 2:0, daha sonra isə 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası “İmişli”yə qalib gələrək sona 1 tur qalmış ikinci yeri, həmçinin avtomatik Avropa Liqasına vəsiqəni təmin edib.

“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlir. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib aşkarlanmayıb - 0:0. 

16 may (şənbə)

17:00. “Şamaxı” - “Turan Tovuz” -  3:2 (İkinci hissə)

Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2)
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu

17:00. “Qarabağ” - “İmişli”- 3:0

Qol: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

17 may (bazar)

18:00. “Zirə” - “Sumqayıt”

18:00. “Sabah” - “Neftçi” 

15 may (cümə)

“Karvan-Yevlax” - “Qəbələ” - 1:2

“Araz-Naxçıvan” - “Kəpəz” - 2:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Leandro Andrade ("Qarabağ") - 9 qol

Избранный
4
7
teleqraf.com

10Источники