EN

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Qarabağ" "İmişli"ni sınağa çəkir

Misli Premyer Liqasında 32-ci tur davam edir.

Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək.

Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. "Şamaxı" "Turan Tovuz"u sınağa çəkəcək. Avrokuboklara vəsiqəni təmin edən qərb təmsilçisi gümüş mükafat uğrunda son şansını dəyərləndirməyə çalışacaq. Kurban Berdiyevin komandası bunun üçün səfərdə qələbə qazanmaqla yanaşı, paralel keçəcək oyunun nəticəsini də gözləyəcək.
Qeyd edək ki, “Şamaxı” – “Turan Tovuz” matçının hakim təyinatında sonradan dəyişiklik edilib. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Dördüncü hakim isə Ruslan Quliyev olacaq. Halbuki, öncədən mingəçevirli referinin Premyer Liqada debüt etməsinə şərait yaradılmışdı.

Çempionluğu "Sabah"a güzəştə gedən "Qarabağ" gümüş mükafatı da əldən verməmək üçün "İmişli"yə qalib gəlməyə çalışacaq. "Tofiq Bəhramov"da baş tutacaq qarşılaşmanı gənc Emin Əliyev idarə edəcək.

Ötən gün keçirilən oyunlarda "Qəbələ" səfərdə "Karvan-Yevlax"ı 2:1, "Araz-Naxçıvan" isə evdə "Kəpəz"i 2:0 hesabı ilə üstələyib.

Tura sabah yekun vurulacaq.

Misli Premyer Liqası
32-ci tur
16 may 

17:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov, Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı. Şəhər stadionu.

17:00. “Qarabağ” – “İmişli”  
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev, Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Chosen
5
1
fanat.az

10Sources