EN

99 mükafat: 34 mövsüm, 21 komanda

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 2025/26 mövsümünün bütün mükafatçılarının medallarının əyarı dəqiqləşib. İlk çempionluğu qazanan “Sabah”ın ardından “üçlük”də yerini təmin edən “Qarabağ”la “Turan Tovuz”un hansı əyarlı medal qazandığı 32-ci turda bəlli olub.

QOL.az xəbər verir ki, "Qarabağ" “İmişli” üzərində 3:0 hesablı qələbə qazanaraq 2-ci yeri təmin edib. Bununla da “Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində oynayacağı dəqiqləşib.

32-ci turda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olan “Turan Tovuz” isə Premyer Liqanın 3-cüsü olub. Qərb təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bununla da ötən mövsümün üç mükafatçısından yalnız biri – “Qarabağ” yenə medalçılar sırasında qalıb. “Sabah” fasilədən sonra “üçlüy”ə qayıdıbsa, “Turan Tovuz” ilk dəfə bunu bacarıb. Bir mövsümdə iki komandanın mükafatçılar sırasına qoşulması və yalnız birinin “üçlük”də qalmasına sonunu dəfə 2010/11 mövsümündə təsadüf olunmuşdu. 15 il əvvəl də “Qarabağ” bir mövsüm öncəki kimi mükafatçılar sırasında qalmışdı.

Premyer Liqanın bütün mükafatçıları 

mövsüm çempion II yer III yer
1992 Neftçi (Bakı) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993 Qarabağ (Ağdam) Xəzər (Sumqayıt) Turan (Tovuz)
1993/94 Turan (Tovuz) Qarabağ (Ağdam) Kəpəz (Gəncə)
1994/95 Kəpəz (Gəncə) Turan (Tovuz) Neftçi (Bakı)
1995/96 Neftçi (Bakı) Xəzri (Buzovna) Kəpəz (Gəncə)
1996/97 Neftçi (Bakı) Qarabağ (Ağdam) Xəzri (Buzovna)
1997/98 Kəpəz (Gəncə) Dinamo (Bakı) Şəmkir
1998/99 Kəpəz (Gəncə) Şəmkir Neftçi (Bakı)
1999/2000 Şəmkir Kəpəz (Gəncə) Neftçi (Bakı)
2000/01 Şəmkir Neftçi (Bakı) Viləş (Masallı)
2001/02 Yarımçıq qalıb     
2002/03 Keçirilməyib    
2003/04 Neftçi (Bakı) Şəmkir Qarabağ-Azərsun (Ağdam)
2004/05 Neftçi (Bakı) Xəzər-Lənkəran Karvan (Yevlax)
2005/06 Bakı Karvan (Yevlax) Neftçi (Bakı)
2006/07 Xəzər-Lənkəran Neftçi (Bakı) Bakı
2007/08 İnter (Bakı) Olimpik (Bakı) Neftçi (Bakı)
2008/09 Bakı İnter (Bakı) Simurq (Zaqatala)
 2009/10 İnter (Bakı) Bakı Qarabağ (Ağdam)
2010/11 Neftçi (Bakı) Xəzər Lənkəran Qarabağ (Ağdam)
2011/12 Neftçi (Bakı) Xəzər Lənkəran İnter (Bakı)
2012/13 Neftçi (Bakı) Qarabağ (Ağdam) İnter (Bakı)
2013/14 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2014/15 Qarabağ (Ağdam) İnter (Bakı) Qəbələ
2015/16 Qarabağ (Ağdam) Zirə (Bakı) Qəbələ
2016/17 Qarabağ (Ağdam) Qəbələ İnter (Bakı)
2017/18 Qarabağ (Ağdam) Qəbələ Neftçi (Bakı)
2018/19 Qarabağ (Ağdam) Neftçi (Bakı) Səbail (Bakı)
2019/20 Qarabağ (Ağdam) Neftçi (Bakı) Keşlə (Bakı)
2020/21 Neftçi (Bakı) Qarabağ (Ağdam) Sumqayıt
2021/22 Qarabağ (Ağdam) Neftçi (Bakı) Zirə (Bakı)
2022/23 Qarabağ (Ağdam) Sabah (Bakı) Neftçi (Bakı)
2023/24 Qarabağ (Ağdam) Zirə (Bakı) Sabah (Bakı)
2024/25 Qarabağ (Ağdam) Zirə (Bakı) Araz-Naxçıvan
2025/26 Sabah (Bakı) Qarabağ (Ağdam) Turan Tovuz

34-cü mövsümü başa çatmaqda olan Azərbaycan çempionatlarından birinin qalibləri müəyyənləşmədiyini nəzərə alsaq, ümumilikdə 33 dəst medal sahibini tapıb. Bu 99 medaldan 21-ni “Neftçi”, 20-ni “Qarabağ” əldə edib.

Yubiley mükafatına sahib çıxan Ağdam klubu gümüş medalların sayında “Neftçi”nin rekorduna çatıb. Hər iki komandanın 5 ikinciliyi var.

“Turan Tovuz” 21-ci mükafatçı kimi tarixə düşübsə, “Sabah” hər üç əyarlı medala sahib çıxan 7-ci komanda olub.

Premyer Liqanın mükafatçıları klublar üzrə:

klub I II III
Qarabağ (Ağdam) 12 5 3
Neftçi (Bakı) 9 5 7
Kəpəz (Gəncə) 3 1 2
Şamaxı 2 3 4
Bakı 2 2 2
Şəmkir 2 2 0
Turan (Tovuz) 1 1 2
Xəzər Lənkəran 1 3 0
Sabah (Bakı) 1 1 1
Zirə (Bakı) 0 3 1
Qəbələ 0 2 3
Xəzər (Sumqayıt) 0 2 0
Xəzri (Bakı) 0 1 1
Karvan (Yevlax) 0 1 1
Olimpik (Bakı) 0 1 0
Simurq (Zaqatala) 0 0 1
Viləş (Masallı) 0 0 1
Səbail (Bakı) 0 0 1
Sumqayıt 0 0 1
Araz-Naxçıvan 0 0 1
Turan Tovuz 0 0 1

Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.

Chosen
65
7
teleqraf.com

8Sources