ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasında 2025/26 mövsümünün bütün mükafatçılarının medallarının əyarı dəqiqləşib.
Sportal.az xəbər verir ki, ilk çempionluğu qazanan “Sabah”ın ardından “üçlük”də yerini təmin edən “Qarabağ”la “Turan Tovuz”un hansı əyarlı medal qazandığı XXXII turda bəlli olub.
"Qarabağ" “İmişli” üzərində 3:0 hesablı qələbə qazanaraq 2-ci yeri təmin edib. Bununla da “Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində oynayacağı dəqiqləşib.
XXXII turda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olan “Turan Tovuz” isə Premyer Liqanın 3-cüsü olub. Qərb təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Bununla da ötən mövsümün üç mükafatçısından yalnız biri – “Qarabağ” yenə medalçılar sırasında qalıb. “Sabah” fasilədən sonra “üçlüy”ə qayıdıbsa, “Turan Tovuz” ilk dəfə bunu bacarıb. Bir mövsümdə iki komandanın mükafatçılar sırasına qoşulması və yalnız birinin “üçlük”də qalmasına sonunu dəfə 2010/11 mövsümündə təsadüf olunmuşdu. 15 il əvvəl də “Qarabağ” bir mövsüm öncəki kimi mükafatçılar sırasında qalmışdı.
Premyer Liqanın bütün mükafatçıları
mövsüm
çempion
II yer
III yer
1992
Neftçi (Bakı)
Xəzər (Sumqayıt)
Turan (Tovuz)
1993
Qarabağ (Ağdam)
Xəzər (Sumqayıt)
Turan (Tovuz)
1993/94
Turan (Tovuz)
Qarabağ (Ağdam)
Kəpəz (Gəncə)
1994/95
Kəpəz (Gəncə)
Turan (Tovuz)
Neftçi (Bakı)
1995/96
Neftçi (Bakı)
Xəzri (Buzovna)
Kəpəz (Gəncə)
1996/97
Neftçi (Bakı)
Qarabağ (Ağdam)
Xəzri (Buzovna)
1997/98
Kəpəz (Gəncə)
Dinamo (Bakı)
Şəmkir
1998/99
Kəpəz (Gəncə)
Şəmkir
Neftçi (Bakı)
1999/2000
Şəmkir
Kəpəz (Gəncə)
Neftçi (Bakı)
2000/01
Şəmkir
Neftçi (Bakı)
Viləş (Masallı)
2001/02
Yarımçıq qalıb
2002/03
Keçirilməyib
2003/04
Neftçi (Bakı)
Şəmkir
Qarabağ-Azərsun (Ağdam)
2004/05
Neftçi (Bakı)
Xəzər-Lənkəran
Karvan (Yevlax)
2005/06
Bakı
Karvan (Yevlax)
Neftçi (Bakı)
2006/07
Xəzər-Lənkəran
Neftçi (Bakı)
Bakı
2007/08
İnter (Bakı)
Olimpik (Bakı)
Neftçi (Bakı)
2008/09
Bakı
İnter (Bakı)
Simurq (Zaqatala)
2009/10
İnter (Bakı)
Bakı
Qarabağ (Ağdam)
2010/11
Neftçi (Bakı)
Xəzər Lənkəran
Qarabağ (Ağdam)
2011/12
Neftçi (Bakı)
Xəzər Lənkəran
İnter (Bakı)
2012/13
Neftçi (Bakı)
Qarabağ (Ağdam)
İnter (Bakı)
2013/14
Qarabağ (Ağdam)
İnter (Bakı)
Qəbələ
2014/15
Qarabağ (Ağdam)
İnter (Bakı)
Qəbələ
2015/16
Qarabağ (Ağdam)
Zirə (Bakı)
Qəbələ
2016/17
Qarabağ (Ağdam)
Qəbələ
İnter (Bakı)
2017/18
Qarabağ (Ağdam)
Qəbələ
Neftçi (Bakı)
2018/19
Qarabağ (Ağdam)
Neftçi (Bakı)
Səbail (Bakı)
2019/20
Qarabağ (Ağdam)
Neftçi (Bakı)
Keşlə (Bakı)
2020/21
Neftçi (Bakı)
Qarabağ (Ağdam)
Sumqayıt
2021/22
Qarabağ (Ağdam)
Neftçi (Bakı)
Zirə (Bakı)
2022/23
Qarabağ (Ağdam)
Sabah (Bakı)
Neftçi (Bakı)
2023/24
Qarabağ (Ağdam)
Zirə (Bakı)
Sabah (Bakı)
2024/25
Qarabağ (Ağdam)
Zirə (Bakı)
Araz-Naxçıvan
2025/26
Sabah (Bakı)
Qarabağ (Ağdam)
Turan Tovuz
34-cü mövsümü başa çatmaqda olan Azərbaycan çempionatlarından birinin qalibləri müəyyənləşmədiyini nəzərə alsaq, ümumilikdə 33 dəst medal sahibini tapıb. Bu 99 medaldan 21-ni “Neftçi”, 20-ni “Qarabağ” əldə edib.
Yubiley mükafatına sahib çıxan Ağdam klubu gümüş medalların sayında “Neftçi”nin rekorduna çatıb. Hər iki komandanın 5 ikinciliyi var.
“Turan Tovuz” 21-ci mükafatçı kimi tarixə düşübsə, “Sabah” hər üç əyarlı medala sahib çıxan 7-ci komanda olub.
Premyer Liqanın mükafatçıları klublar üzrə:
klub
I
II
III
Qarabağ (Ağdam)
12
5
3
Neftçi (Bakı)
9
5
7
Kəpəz (Gəncə)
3
1
2
Şamaxı
2
3
4
Bakı
2
2
2
Şəmkir
2
2
0
Turan (Tovuz)
1
1
2
Xəzər Lənkəran
1
3
0
Sabah (Bakı)
1
1
1
Zirə (Bakı)
0
3
1
Qəbələ
0
2
3
Xəzər (Sumqayıt)
0
2
0
Xəzri (Bakı)
0
1
1
Karvan (Yevlax)
0
1
1
Olimpik (Bakı)
0
1
0
Simurq (Zaqatala)
0
0
1
Viləş (Masallı)
0
0
1
Səbail (Bakı)
0
0
1
Sumqayıt
0
0
1
Araz-Naxçıvan
0
0
1
Turan Tovuz
0
0
1
Qeyd edək ki, “Bakı” “Dinamo”, “Şamaxı” “İnter” və “Keşlə”, “Qarabağ” “Qarabağ-Azərsun”, AZAL isə “Olimpik” adı altında mükafat qazanıb.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.