EN

Ağcaqanadların ən çox sevdiyi qan qrupu məlum oldu

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yay aylarında bəzi insanlar ağcaqanadların hücumundan bezdiyi halda, digərləri bu problemi demək olar ki, hiss etmir. Alimlər apardıqları araşdırmalar nəticəsində həşəratların insanları hansı meyarlara görə seçdiyini müəyyənləşdirib.Məlum olub ki, bu məsələdə ən həlledici məqam qan qrupudur. Aparılan laboratoriya təcrübələri zamanı ağcaqanadların ən çox birinci qan qrupuna sahib olan insanlara meyl etdiyi üzə çıxıb. Mütəxəssislər bunu həmin şəxslərin dərisindən ifraz olunan xüsusi kimyəvi maddələrlə əlaqələndirir. Həşəratlar bu qoxunu uzaq məsafədən belə rahatlıqla hiss edə bilir.Digər mühüm faktor nəfəs zamanı xaric edilən karbon qazının miqdarıdır. Maddələr mübadiləsi daha sürətli olan və bədən çəkisi artıq olan şəxslər daha çox karbon qazı ifraz etdikləri üçün hədəfə çevrilirlər. Eyni zamanda dəridəki bakteriyaların tərkibi və fərdi qoxu da seçicilikdə rol oynayır.Fiziki aktivlikdən sonra ağcaqanadların hücumu daha da intensivləşir. Məşq zamanı bədən temperaturunun yüksəlməsi və tər vasitəsilə ayrılan süd turşusu həşəratlar üçün əsl maqnit rolunu oynayır.Tədqiqatçılar qorunmaq üçün bir neçə təsirli üsul təklif edir. Tünd rənglər istilik topladığı üçün ağcaqanadları cəlb edir, bu səbəbdən açıq rəngli geyimlərə üstünlük vermək lazımdır. Küləksiz və havasız məkanlar həşəratların ən sevimli yeri olduğu üçün belə yerlərdən uzaq durmaq məsləhətdir.Ən etibarlı müdafiə üsulu isə xüsusi repelentlərdən istifadə sayılır. Təbii yağlar qısamüddətli təsir göstərdiyi üçün mütəxəssislər daha dayanıqlı qoruyucu vasitələrə güvənməyi tövsiyə edirlər. Ağcaqanadların sadəcə təsadüfən deyil, bədənimizin biokimyəvi göstəricilərini "analiz edərək" hücum etdiyini bilmək yay aylarını daha rahat keçirməyə imkan verə bilər.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
demokrat.az

1Sources