EN

QHT sədri Özbəkistan mediasına WUF13 dən danışıb FOTOLAR

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 xarici medianın, xüsusilə də Özbəkistan mətbuatının diqqət mərkəzindədir. Forumla bağlı Özbəkistan Dövlət İnformasiya Agentliyi Uza.uz, tanınmış xəbər agentliyi “Zamon.uz” informasiya portalı geniş material hazırlayıb. Yazılarda Azərbaycanın qlobal urbanizasiya proseslərində artan roluna diqqət çəkilərək, qeyd olunur ki, Bakı artıq təkcə regionun deyil, həm də beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəliyinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib.Məqalələrdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının fikirlərinə geniş yer ayrılıb. O bildirib ki, WUF13 Azərbaycanın müasir şəhərsalma baxışını və inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm qlobal platformadır.Fərid Şahbazlı qeyd edib ki, forum çərçivəsində xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri xüsusi diqqət çəkir. Burada tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, yaşıl enerji həlləri, rəqəmsal idarəetmə sistemləri və müasir nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın yeni urbanistik modelinin əsas istiqamətlərini təşkil edir.F.Şahbazlının sözlərinə görə, bu model yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, eyni zamanda sosial inklüzivlik, milli memarlıq irsinin qorunması və ekoloji balansın təmin edilməsinə əsaslanır.

Özbəkistan mediasında yayılan materiallarda vurğulanır ki, Azərbaycan və Özbəkistan arasında şəhərsalma, memarlıq və regional inkişaf sahələrində əməkdaşlıq son illərdə daha da güclənib. Xüsusilə postmünaqişə ərazilərinin bərpası sahəsində Azərbaycanın təcrübəsi Özbəkistan ictimaiyyəti tərəfindən maraqla izlənilir.Bildirilib ki, WUF13 təkcə qlobal müzakirə platforması deyil, həm də türk dünyası ölkələri arasında yeni urbanistik əməkdaşlıq modelinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.QHT sədri Fərid Şahbazlı Özbəkistan mediasına açıqlamasında qeyd edib ki, Bakıdakı forum Azərbaycanın beynəlxalq nüfuzunun və təcrübəsinin daha bir nümunəsi olmaqla yanaşı, ölkənin təqdim etdiyi “insan mərkəzli şəhər” modelini dünya gündəminə çıxarır və gələcəyin şəhərlərinə dair yeni baxış formalaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
4
demokrat.az

5Sources