EN

“Mançester Siti” Federasiya Kubokunda 8-ci zəfərinə sevindi! – ARENA.AZ

“Mançester Siti” bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunun 2025/2026-cı illər mövsümünün final oyununda “Çelsi” ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar Londondakı “Uembli” stadionunda üz-üzə gəliblər.

83 337 azarkeşin izlədiyi qarşılaşmanın taleyini bir qol həll edib. “Şəhərlilər” 72-ci dəqiqədə Antuan Semenyonun vurduğu tək qol sayəsində cari mövsümdə daha bir titul əldə ediblər.

Xatırladaq ki, Mançester təmsilçisi bir müddət öncə İngiltərə Liqa Kubokunun finalında da “Arsenal”ı 2:0 hesabıyla üstələyərək çempionluq sevinci yaşamışdı.

“Mançester Siti” 8-ci dəfə İngiltərə Federasiya Kubokunun qalibi olub. Hazırda Xosep Qvardiolanın çalışdırdığı kollektiv 1903/1904, 1933/1934, 1955/1956, 1968/1969, 2010/2011, 2018/2019 və 2022/2023 mövsümlərində də bu turnirin qalibi olmuşdu.

İspaniyalı mütəxəssis bu klubu çalışdırdığı 10 il ərzində 20 kubok qazanmağa müvəffəq olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
51
4
arena.az

10Sources