EN

Azərbaycan 12 xalı bu ölkəyə verdi

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar. 

Axşam.az-ın məlumatına görə, Azərbaycandan olan səsverməni 2012-ci ildə müsabiqədə ölkəmizi təmsil edən Əməkdar artist Səbinə Babayeva təqdim edib. 

Azərbaycan 12 xalı İtaliyaya verib.

Hazırda 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır. 

Qeyd edək ki, bu il Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
111
2
axsam.az

3Sources