EN

Azərbaycandan 180 nəfər Həccə yolla salınır - FOTOLAR

BAKI, 17 may. TELEQRAF

Bu gün Azərbaycandan ilk zəvvar qrupları Həcc ziyarətinə yola düşür.

Teleqraf xəbər verir ki, hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər Həcc ziyarətinə yola salınacaq.

İlk dəfə Həcc ziyarətinə yollanan Seyidova Şahəstə Teleqraf-a açıqlamasında həyəcanlı olduğunu bildirib:

“Çox həyəcanlıyam. Ölkəmizə, dövlətimizə, xalqımıza dua edəcəyəm. Allah xalqımızı, övladlarımızı qorusun. Şəhidlərimiz, qazilərimiz üçün duallar edəcəm. Arzum budur ki, dünyada sül və əminamalıq olsun”.

Qeyd edək ki, zəvvarlar Bakı vaxt ilə 06:40-da yola düşəcəklər.

Chosen
121
teleqraf.com

1Sources